BİOCOĞRAFİ SƏDD

Bitki və heyvan populyasiyasının növ və ya qrupunun yayılması yolunda hər hansı maneə (coğrafi və ya bioloji xarakterli). Məs., 10° iyul izotermi (orta hesabla) yüksək dağıq zonada ağac bitkisinin yayılmasını limitləşdirir.
BIOKONSENTRASIYA
BİOCOĞRAFİ VİLAYƏT
OBASTAN VİKİ
Biocoğrafi sədd
Bioloji sədd
Bioloji sədd — orqanizmlərin bir-birinin yayılmasına mane olması. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Sədd adalar
Sədd adalar (Baryer adalar) — sahilə paralel uzanan, ensiz və uzun formaya malik olaraq əsasən qumdan ibarət olan ada. Adəti üzrə bu adalarda zəncirvari şəkildə bir necə və yaxudda onlarla adanın bir istiqamət üzrə düzülməsini müşahidə etmək olar. Bu tip adaları eni və uzunluğu sahilin quruluşu, axınlar, dalğanın güçü, dənizin səviyyəsi və suxurun tərkibindən asılıdır. Onlar bəzən 100 kilometrlərlə uzana bilir. Dünyada ən uzun və enli sədd adası Padredir.
Sədd rifi
Sədd rifi — mərcan rifinin bir növüdür. Asma riflərdən sahilin tektonik enməsi zamanı formalaşır. Sahildən laqunla ayrılır. Hansı ki bu laqunlarda dərinlik bir neçə metrdən birneçə yüz metrə qədər ola bilər Sədd riflərinə misal kimi Avstraliyanın şimal-şərq (Böyük Sədd rifi), Yeni Kaledoniya, Fici və Böyük Antil adalarının sahilləridəki rifləri misal çəkmək olar.
Böyük Sədd rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir. == "Kəşf" və adlandırma == Böyük Bariyer rifi uzun müddətdir ki, aborigen Avstraliya və Torres Boğazı Adalı xalqları tərəfindən tanınır və istifadə olunur və yerli qrupların mədəniyyətlərinin və mənəviyyatının mühüm hissəsidir. Böyük Səd rifini ilk görən avropalı 1770-ci ildə Avstraliyanın şərq sahillərini üzərək xəritəni çəkən Ceyms Kuk olmuşdur. 11 iyun 1770-ci ildə Kukun gəmisi HMS Endeavour, Kuktaun şəhərinin indiki yerləşdiyi yerin cənubundakı sahildə quruya oturdu və təmir üçün yeddi həftə tələb olundu.
Böyük yaşıl sədd
«Böyük yaşıl sədd» (ing. Great Green Wall, fr. Grande Muraille Verte) — Afrika İttifaqının Saxaranın cənubunda səhralaşma ilə mübarizə layihəsi. Layihənin mahiyyəti Saharanın genişlənməsini ehtiva edə bilən meşəli bitki zolağı yaratmaqdır. Bu zolağın Seneqaldan Cibutiyə qədər (yəni Atlantik okeanından Qırmızı dənizə qədər) uzanacağı, eninin təxminən 15 km, uzunluğunun isə 7775 km olacağı planlaşdırılır. 2012-ci ildə layihədə 11 Afrika dövləti, 2019-cu ildə isə artıq 21 dövlət iştirak edib. Layihə həyata keçirilərsə, o zaman onun nəticələri kosmosdan aydın görünəcək. == Layihənin tarixi == Böyük yaşıl sədd layihəsinin prototipi 1983-cü ildə Burkina-Faso prezidenti olduğu müddətdə ölkəsində torpaqların səhralaşması ilə mübarizə aparan “afrikalı Çe Qevara” Tomas Sankaranın (1949-1987) fəaliyyəti hesab edilə bilər. Onu hakimiyyəti illərində Sahara qumlarının cənuba yayılmasının qarşısını almaq üçün 10 milyon ağac əkilir. 2005-ci ilin iyulunda Afrika İttifaqı Böyük yaşıl sədd layihəsini dəstəkləyir.
Böyük sədd (Antarktika stansiyası)
Böyük sədd (Çançen)çin. 长城站 — ilk Çin elmi-tədqiqat stansiyası. 1985-ci ilin 20 fevralında açılmış. Kinq-Corc adasında yerləşən bu stansiya çilinin Prezident Eduardo Frey Montalava stansiyasından 2,5 km və Horn burnundan 960 km aralıdır. Stansiya qaya üzərində yerləşir. Ərazi buz qatı ilə örtülü deyil. Bölgənin dəniz səviyyəsindən hündürlüyü 10 metrdir. Yay aylarında stansiyada 40 elmi əmakdaş fəaliyyət göstərsədə qışda bu say 14-də enir. == Mənbə == "Chinese expeditioners to reach highest Antarctic icecap". 2008-01-08.
Sədd-i Şəhid Kazımi (Bükan)
Sədd-i Şəhid Kazımi (fars. سدشهيدكاظمي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şəhrək-i Sədd-i Novruzlu (Qoşaçay)
Şəhrək-i Sədd-i Novruzlu (fars. شهرك سدنوروزلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (28 ailə).